Sabah Litva, Latviya və Estoniya Rusiyanın enerji sistemindən həmişəlik ayrılacaq.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaya Kallas “X” sosial şəbəkəsində yazıb.
“Rusiya artıq enerji resurslarından şantaj vasitəsi kimi istifadə edə bilməyəcək. Bu, Avropanın azadlığının və birliyinin qələbəsidir”, – Kallas yazıb.
Xatırladaq ki, Baltikyanı ölkələr – Estoniya, Latviya və Litva qonşu Rusiya və Belarusun elektrik sistemindən ayrılaraq Avropa İttifaqı sisteminə qoşulur.\\Unikal