İraqın şimalındakı sığınacaqlardan qaçan 3 PKK terrorçusu Haburdakı Sərhəd Mühafizə İdarəsinə təslim olub.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi açıqlama yayıb.
Milli Müdafiə Nazirliyinin sosial media hesabında edilən paylaşımda bildirilib:
“Mehmetçikin təyin etdiyi əməliyyatlar nəticəsində İraqın şimalındakı sığınacaqlarından qaçan 3 PKK terrorçusu Sərhəd Mühafizəmizə təslim olub”.