Müğənni Elvin Abdullayev ona yazılan cərimədən şikayətlənib.
NOCOMMENT.az Ölkə.az-a istinadən xəbər verir ki,bu haqda ifaçı sosial şəbəkədə paylaşdığı videoda deyib. O bildirib ki, yolun kənarında 3 saniyə maşın saxlaması ona baha başa gəlib:
“Bir nəfəri yolda metroya düşürdürdüm. 2-3 saniyə vaxt aldı. Bu 3 saniyə içərisində mənə 100 manat cərimə gəldi. Mən harada saxlaya bilərəm, yolun ortasında? Ötən gün yağış yağdı, yollar nə hala düşdü. Nə qədər cərimə yazılır, yollar keyfiyyətsiz. Birinin başı ağrıyır, 2 dəqiqəlik aptekə düşür və 100 manat cərimə yazılır. Bu cərimələri yazırsınız və yollarla bağlı heç bir dəyişiklik yoxdur. Avtobus və velosiped yolu çəkildi, maşın yolları bərbad hala düşdü. İnsanlar əsəb içində gedib-gəlir. Bu cərimələr, qaydalar heç də ürəkaçan deyil. Niyə mən 3 saniyəlik adam düşürdüm deyə, cibimə girilməlidir?”