3 şəhərin baş planı hazırlanır – 1,6 milyon ayrıldıbackend

3 şəhərin baş planı hazırlanır – 1,6 milyon ayrıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qarabağda 3 şəhərin baş planı hazırlanır.

NOCOMMENT.az “ölkə.az”a istinadən xəbər verir ki, Ağdərə, Xocavənd və Xocalı şəhərinin baş planı hazırlanacaq.

Planın hazırlanması üçün Dövlət Şəhərsalma və Arxitertura Komitəsi “Azərdövlətlayihə” Dövlət Baş Layihə İnstitutu ilə razılaşıb.

İnstituta hər bir şəhər üzrə müvafiq olaraq 509 min 760 manat, 469 min 286 manat, 649 min 590 manat ödəniş ediləcək.