30 KİV Pentaqonun yeni qaydalarını rədd etdibackend

30 KİV Pentaqonun yeni qaydalarını rədd etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ən azı 30 media orqanı Pentaqonun jurnalistlərin informasiya əldə etməsinə dair yeni qaydalarının qəbulundan imtina edib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Agentlik qeyd edib ki, bu KİV-lər ABŞ Müdafiə Nazirliyinin akkreditasiyasını itirmək riskinə baxmayaraq belə addıma gedib.

Pentaqonun şərtlərini mətbuat azadlığına təhlükə yaratdığını əsas gətirərək rədd edən nəşrlər arasında “Reuters”, “Associated Press”, “Bloomberg News”, “The New York Times”, “The Wall Street Journal”, “The Washington Post”, CNN, Fox News, CBS, NBC, ABC, NPR, “Axios”, “Politico”, “The Guardian”, “The Atlantic”, “The Hill”, “Newsmax”, “Breaking Defense”, “Task & Purpose” var.

“Bu siyasət onların (medianın – red.) razılaşmasını tələb etmir, sadəcə olaraq bizim siyasətimizi başa düşdüklərini təsdiqləməlidir”, – deyə Müdafiə Nazirliyinin sözçüsü Şon Parnell deyib.

Bu, jurnalistlərin kəskin reaksiyasına səbəb olub.

Pentaqonun yeni tələbinə əsasən, qurumun əməkdaşlarından məxfi və bəzi məxfi olmayan məlumatları almaq istəyən KİV nümayəndələri təhlükəsizliyə təhdid hesab olunmaq və nazirliyin mətbuat kartını itirə biləcəkləri qaydasını qəbul etməlidirlər.

Pentaqon bunun qəbul olunması üçün həftənin ikinci gününə qədər müddət qoyub. Bu tələblərlə razılaşmayan media orqanları mətbuat kartlarını Pentaqona təhvil verməli və qurumdakı məkanlarını boşaltmalıdır.

Yeni qaydalarla bağlı sualı cavablandıran ABŞ prezidenti Donald Tramp jurnalistlərə deyib ki, Pentaqon katibi Pit Heqset “mətbuatın dünya sülhü və bəlkə də ölkəmizin təhlükəsizliyinə böyük maneə olduğuna inanır”.

Xatirə SADİQ