300 bal toplayan Sumqayıt şagirdlərinin FOTOSUbackend

300 bal toplayan Sumqayıt şagirdlərinin FOTOSU

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dövlət İmtahan Mərkəzi (DİM) tam orta təhsil səviyyəsi üzrə 10 mart 2024-cü ildə keçirilmiş buraxılış imtahanının nəticələrini elan edib.

NOCOMMENT.az modern.az-a istinadən xəbər verir ki, Sumqayıt şəhərindəki Təbiət elmləri təmayüllü gimnaziyanın 3 şagirdi də respublika üzrə maksimim (300) bal toplayan 39 nəfər arasında yer alır.

Bunlar Məmmədov Fərid (11a sinfi), Nuriyev Elgün (11b sinfi) və Hüseynli Aytacdır (11d sinfi).

“Şagirdləri, onların valideynlərini, əməyi olan bütün müəllimləri-bütünlüklə, kollektivimizi təbrik edirik. Arzu edirik və inanırıq ki, blok imtahanında da rekordçularımız olacaq!”, – deyə gimnaziyadan verilən açıqlamada bildirilib.

Qeyd edək ki, 300 bal toplayan şagirdlərdən 6 nəfəri Sumqayıt məktəblisidir.