Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi və tabeliyindəki müəssisələr üçün 2025-ci il ərzində lazım olacaq yumşaq inventarın satın alınması ilə bağlı elan edilən tender ləğv edilib.
NOCOMMENT.az 32gun.az-a istinadən xəbər verir ki, satınalmanın ehtimal olunan dəyəri 306 min 925 manat 90 qəpik təşkil edirdi.
04 sentyabr 2025-ci il, saat 10:17-də verilən açıqlamaya görə, tenderin ləğv edilməsinə səbəb təchizatçıların sayının yetərli olmaması olub.
“Dövlət satınalmaları haqqında” Qanunun 36.1.1-ci maddəsinə əsasən, satınalmada iştirak etmək üçün tələb olunan təklif və təminatı təqdim etmiş, müvafiq lisenziyaya malik olan təchizatçıların sayı üçdən az olduğu üçün tender keçərsiz sayılıb.