309-cu gün: Rusiya Ukraynanın itkilərini açıqladıbackend

309-cu gün: Rusiya Ukraynanın itkilərini açıqladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya müharibənin 309-cu günü üçün Ukrayna ordusunun itkiləri barədə məlumatı yeniləyib.

NOCOMMENT rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov deyib.

“Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 354 təyyarəsi, 194 helikopteri, 2 741 PUA-sı, 399 zenit-raket kompleksi, 7 296 tank və digər zirehli texnikası, 953 reaktiv yaylım atəş sistemi, 3 742 artilleriya və minaatanı, 7 810 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, – deyə o bildirib.