31 yaşlı kişi özünü dənizə ataraq intihara cəhd edibbackend

31 yaşlı kişi özünü dənizə ataraq intihara cəhd edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda 31 yaşlı kişi özünü dənizə ataraq intihara cəhd edib.

NOCOMMENT.az Qafqazinfo-ya istinadla xəbər verir ki, hadisə Dənizkənarı Milli Parkda qeydə alınıb.

Belə ki, Ağdam rayon sakini C.Uğurlu hələ ki bilinməyən səbəbdən intihar etmək istəyib.

Ərazidə xidmət aparan polis əməkdaşlarının vaxtında müdaxiləsi vətəndaşın həyatını xilas edib. Polislər C.Uğurlunun ardınca suya atılıb, onu çıxarıblar.

Vətəndaş xəstəxanaya yerləşdirilib, vəziyyəti qənaətbəxşdir.