33 il həbsdə yatan adamın günahsız olduğu ortaya çıxdıbackend

33 il həbsdə yatan adamın günahsız olduğu ortaya çıxdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-da məhkəmə 1990-cı ildə iki yeniyetmənin yaralandığı hücuma görə adam öldürməyə cəhd ittihamı ilə 33 il həbs cəzasına məhkum edilən Daniel Saldananın günahkar olmadığına qərar verib.

NOCOMMENT xəbər verir ki, ABŞ-ın Los-Anceles Məhkəməsində dünən keçirilən iclasda hücumla bağlı tapıntıların yenidən araşdırıldığı bildirilib.

Məhkəmənin sonunda Saldananın günahsız olduğu qərara alınıb. Saldana hökmdən sonra prokuror Corc Qaskonla birgə mətbuat konfransında danışıb. Qərardan xoşbəxt olduğunu dilə gətirən Saldana, “Hər gün günahsız olduğunu bilə-bilə oyanmaq, kameraya qapanaraq kömək çağırmaq çox çətin idi” deyib.