337 mina aşkarlandıbackend

337 mina aşkarlandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avqustun 14-dən 20-dək Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə 453,9 hektar ərazini mina və partlamamış hərbi sursatlardan təmizləyib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə ANAMA tərəfindən icra olunan əməliyyatlar barədə həftəlik məlumatda bildirilir.

Məlumata əsasən, Tərtər, Ağdam, Xocavənd, Laçın, Şuşa, Füzuli, Qubadlı, Cəbrayıl və Zəngilan rayonlarında icra olunan əməliyyatlar nəticəsində ümumilikdə 234 piyada əleyhinə, 103 tank əleyhinə mina, 53 partlamamış hərbi sursat aşkarlanıb.