36 terrorçu zərərsizləşdirilibbackend

36 terrorçu zərərsizləşdirilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Nigeriyanın şimal-şərqində təhlükəsizlik qüvvələrinin keçirdiyi əməliyyatlarda son iki həftədə 36 terrorçu zərərsizləşdirilib.

NOCOMMENT xəbər verir ki, Nigeriya Müdafiə Nazirliyinin Media Əməliyyatları Direktoru Edvard Buba verdiyi açıqlamada, son iki həftədə ölkənin şimal əyalətlərində terror təşkilatı Boko Haram və onun silahlı dəstə üzvlərinə qarşı əməliyyatların keçirildiyini bildirib.

Buba əməliyyatlar zamanı terrorçular və silahlı dəstə üzvləri tərəfindən girov götürülən 140 nəfərin də xilas edildiyini bildirib.

Nigeriya son zamanlar ölkənin müxtəlif bölgələrində terror təşkilatları Boko Haram və ISWAP, eləcə də silahlı dəstələrin hücumları ilə üzləşib.