Sumqayıt şəhərində 37 yaşlı kişinin ölümü ilə nəticələnən hadisə baş verib.
NOCOMMENT.az-ın məlumatına görə, hadisə şəhərin dənizkənarı ərazisində qeydə alınıb.
1989-cu il təvəllüdlü Natiq Mehdiyev sirkə turşusundan zəhərlənmə diaqnozu ilə ağır vəziyyətdə Bakıda yerləşən tibb müəssisələrindən birinə hospitalizasiya olunub. Həkimlərin həyata keçirdiyi intensiv müalicə tədbirlərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır, hadisənin başvermə səbəbləri və digər detallar hüquq-mühafizə orqanları tərəfindən dəqiqləşdirilir.
Sara













