Türkiyədə 38 qeyri-qanuni immiqrant Kuşadası sahillərində qeyri-qanuni yollarla Yunan adalarına keçməyə cəhd edərkən yaxalanıb.
NOCOMMENT xəbər verir ki, Sahil Mühafizəsinə ötən gün saat 05:45-də Kuşadası rayonu sahillərində rezin qayıqda qeyri-qanuni miqrantların olduğu barədə məlumat daxil olub.
İstifadəyə verilən Sahil Mühafizə gəmisi qeyri-qanuni yollarla Yunanıstan adalarına keçməyə cəhd edən qaçaqların içində olduğu rezin qayığı aşkar edərək dayandırıb. Qayıqda olan 38 qeyri-qanuni mühacir tutularaq sahilə çıxarılıb.
Qeyri-qanuni mühacirlərin əməliyyatlardan sonra Aydın İl Mühacirət İdarəsinə təhvil veriləcəyi bildirilib.