İzmirdə 4,2 bal gücündə zəlzələ baş verib.
NOCOMMENT xəbər verir ki, İzmirin Aliağa rayonu sahillərində 4,2 bal gücündə zəlzələ baş verib. Fövqəladə Hallar Rəhbərliyinin (AFAD) saytında yer alan məlumata görə, saat 14.53-də İzmirin Əliağa rayonu sahillərində 4,2 bal gücündə zəlzələ qeydə alınıb.
Zəlzələ yerin təxminən 9,18 kilometr dərinliyində baş verib.