4 ay əvvəl yaradıldı, lisenziyasız fəaliyyət göstərdi – 30 min cərimə oluna bilərbackend

4 ay əvvəl yaradıldı, lisenziyasız fəaliyyət göstərdi – 30 min cərimə oluna bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Alo Doctor” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) barəsində əhalinin sanitariya-gigiyena və sanitariya-epidemioloji salamatlığı qaydaları əleyhinə “Lisenziya olmadan özəl tibbi fəaliyyətlə və ya əczaçılıqla məşğul olmağa görə) görə inzibati xəta protokolu tətbiq edilib.

NOCOMMENT.az Vlayuta.az-a istinadən xəbər verir ki, protokol İnzibati Xətalar Məcəlləsinin 210.1 maddəsi ilə irəli sürülüb.

210.1 maddəyə əsasən, lisenziya olmadan özəl tibbi fəaliyyətlə və ya əczaçılıqla məşğul olmağa görə fiziki şəxslər 2000 manatdan 3000 manatadək, vəzifəli şəxslər 5000 manatdan 10000 manatadək, hüquqi şəxslər 20000 manatdan 3000 manatadək məbləğdə cərimə edilir.

İş Yasamal Rayon Məhkəməsinin hakimi Murad Məmmədovun icraatındadır.

Qeyd edək ki, “Alo Doctor” MMC 10.31. 2023-cü ildə dövlət qeydiyyatına alınıb. Şirkətin qanuni təmsilçisi Əli Hüseynov Ramiz oğludur.