4 il əvvəl dayandırılan müavinəti bərpa etdirə bilmir.
NOCOMMENT.az xəbər verir ki, Göygöldə yaşayan 41 yaşlı Pirxan Bağrova 2019-cu ildə eşitmə qabiliyyətini itirdikdən sonra 3-cü qrup əlillik təyin olunub. 3 il sonra isə onun əlilliyə görə aldiğı müavinət dayandırılıb və təkrar müayinələrə cəlb olunub. Əlillik təyinatı ilə bağlı müraciətinə imtina verilən şəxs həmin vaxt məhkəməyə müraciət edib. Proses yekunlaşmadığından ötən il yenidən müayinəyə cəlb olunub.
Şikayətçi deyir ki, son müyainələr zamanı ona hər iki qulağın 4-cü dərəcəli xroniki neyrosensor ağıreşitmə diaqnozu qoyulub. Ancaq bundan sonra da əlilliyin bərpası məsələsi həllini tapmayıb.
Məsələ ilə əlaqədar Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliliyindən isə “Xəzər Xəbər”ə bildirildi ki, Pirxan Bağırova artıq əlillik təyin olunub.
Yaxın günlərdə müvafiq prosedurlardan sonra müvinət vətəndaşın hesabına köçürüləcək.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.













