“ESR İNŞAAT” Məhdud Məsuliyyətli Cəmiyyəti vergi qanunvericiliyini pozan şirkətlər arasındadır.
NOCOMMENT.az 32gun.az-a istinadən xəbər verir ki, şirkət Vergilər Nazirliyi tərəfindən riskli vergi ödəyicisi kimi tanınıb.
Şirkətin qanuni təmsilçisi, direktoru Emil Tağıyev Həsən oğludur. Nizamnamə kapitalı isə cəmi 4 manatdır.
Riskli vergi ödəyiciləri siyahısına düşmək adətən vergi öhdəliklərinin yerinə yetirilməməsi, qeyri-şəffaf fəaliyyət və ya digər hüquqi uyğunsuzluqlar səbəbilə baş verir.
Hazırda şirkətin adının bu siyahıya hansı konkret səbəblə salındığı bəlli deyil.