4 nəfər “səbəbi bilinməyən xəstəlikdən” ölübbackend

4 nəfər “səbəbi bilinməyən xəstəlikdən” ölüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Keniyada 4 nəfər “səbəbi bilinməyən xəstəlikdən” ölüb.

NOCOMMENT xəbər verir ki, səbəbi hələ müəyyən edilməmiş xəstəlik səbəbindən Keniyada 4 nəfərin öldüyü bildirilib.

Keniya Səhiyyə Nazirliyi epidemiyanın ölkənin Kakameqa bölgəsində baş verdiyini açıqlayıb.

Açıqlamada hələ aşkarlanmayan xəstəlikdən 4 nəfərin öldüyü paylaşılıb.

Açıqlamada dünəndən bu yana 627 nəfərin epidemiyaya məruz qaldığı, bu şəxslərin 7 ayrı sağlamlıq mərkəzində müalicə olunduğu bildirilib.

Xəstəliyin qızdırma, qarın ağrısı, qusma və ishal kimi əlamətlərinin olduğu bildirilib.

Epidemiyaya görə iki məktəbdə tədris dayandırılarkən, xəstəliklə bağlı araşdırmaların davam etdiyi qeyd edilib.