4 şübhəli həbs edilibbackend

4 şübhəli həbs edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gülənçilik (FETÖ) silahlı terror təşkilatının İstanbulda Qaziosmanpaşada hazırkı strukturlaşması ilə bağlı aparılan istintaq çərçivəsində saxlanılan 11 şübhəlidən 4-ü həbs edilib.

NOCOMMENT xəbər verir ki, onların tutulması üçün İstanbulda eyni vaxtda əməliyyat keçirilib.

2-i qovulmuş müəllim, 10-u özəl sektor və 2-si şagird olmaqla 14 şübhəlinin tutulması üçün təşkil edilən əməliyyatda 11 şübhəli tutulub.

Əməliyyatda evlərdə edilən axtarışlar zamanı çoxlu sayda rəqəmsal material, 9 min 417 dollar, 152 min lirə və təxminən 95 min lirə dəyərində qızıl ələ keçirilib.

Növbətçi hakim 4 şübhəlinin tutulması, 7 nəfərin isə məhkəmə nəzarəti tədbirləri tətbiq edilərək azadlığa buraxılması barədə qərar qəbul edib.