4 uşağın öldüyü Perinatal Mərkəzin gizli tenderləribackend

4 uşağın öldüyü Perinatal Mərkəzin gizli tenderləri

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verdiyimiz kimi, Respublika Perinatal Mərkəzində baş verən yanğında mərkəzin Yenidoğulmuşların intensiv terapiya şöbəsində müalicə alan 4 uşağın meyiti aşkar olunub.

NOCOMMENT.az yeniavaz.com-a istinadən xəbər verir ki, Perinatal Mərkəz son 2 ay ərzində avadanlıqların alınması və təmir ilə bağlı 3 tender müsabiqəsi keçirib.

– Tikili və avadanlıqların cari təmiri ilə bağlı 28 min 375 manat 46 qəpiklik tenderin qalibi “VK Group Construction” MMC (VÖEN – 2003732461) olub.

– Maşın və avadanlıqların satınalınması ilə bağlı 44 min 497 manat 80 qəpiklik tenderin qalibi “Profmaterials” MMC (VÖEN – 1405099031) olub.

– Maşın və avadanlıqların əsaslı təmiri ilə bağlı 74 min 211 manat 38 qəpiklik tenderin qalibi isə yenə də “VK Group Construction” MMC (VÖEN – 2003732461) olub.

Tender müsabiqələri ilə bağlı diqqət çəkən məqamlardan biri odur ki, bu müsabiqələrin heç biri dövlət satınalmalarının vahid internet portalı vasitəsiylə keçirilməyib. Yəni satınalmalar elektron formada keçirilməyib.

Ümumiyyətlə Perinatal Mərkəzin ötən il keçirdiyi 9 tender müsabiqəsinin heç biri dövlət satınalmalarının vahid internet portalı vasitəsiylə keçirilməyib.
Qeyd edək ki, 14 iyul 2023-cü il tarixində Prezident İlham Əliyev “Dövlət satınalmaları haqqında” yeni Qanunu təsdiq edib. 1 yanvar 2024-cü üldən qüvvəyə minən yeni Qanunun 15.1 maddəsində göstərilir ki, məxfi məlumatlar istisana olmaqla bütün dövlət satınalmaları yalnız portal vasitəsilə həyata keçirilir.

Xatırladaq ki, Baş prokuror Kamran Əliyev ötən gün – yanvarın 9-da jurnalistlərə verdiyi açıqlamada Respublika Perinatal Mərkəzində baş verən yanğının elektrik mənşəli olduğunu bildirmişdi.