NOCOMMENT.az Rusiya mətbuatına istinadən xəbər verir ki, İsrail və Fələstin arasında atəşkəs razılaşmasına noyabrın 24-də İsrail həbsxanalarından 39 fələstinli məhbusun azad edilməsi daxildir. Bu barədə Misirin Al-Youm As-Sabia qəzetində vəziyyətlə tanış olan rəsmi mənbəyə istinadən məlumat yayılıb.
“13 israilli və 39 fələstinli sabah azad ediləcək”, materialda deyilir.
Nəşrin məlumatına görə, azadlığa buraxılan məhbuslar arasında qadınlar və uşaqlar da var.
Məqalədə qeyd olunur ki, atəşkəs dövründə Misir Qəzza zolağına göndərdiyi yardımın həcmini iki dəfə artıracaq.