40-dan çox avtoriteti öldürən “qanuni oğru” AZADLIĞA ÇIXIR – FOTObackend

40-dan çox avtoriteti öldürən “qanuni oğru” AZADLIĞA ÇIXIR – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyada mütəşəkkil cinayətkar aləmin ən çox adı hallananlardan biri də “Osya” ləqəbli Sergey Butorindir.

NOCOMMENT.az lent.az-ın “Cinayət Dosyesi” layihəsinin növbəti bölümünü təqdim edir:

Məşhur kriminal lider “Osya”nın törətmədiyi ağır cinayətlər qalmayıb.

O, hətta xüsusi hərbi əməliyyat belə hazırlaşmışdı. Məhkum indi artıq əmindir ki, Rusiya-Ukrayna müharibəsində döyüş bölgəsinə düşmək üçün hər şansı var. Və buna görə də aktiv şəkildə yoqa ilə məşğul olur. Meditasiya edir və idman fəaliyyətini artırıb.

Onu da qeyd edək ki, “Osya” hazırda həbsdə olduğu halda, cəza müddətini azaltmaq və müxtəlif bəhanələrlə azadlığa çıxmaq niyyətində olan yeganə şəxs deyil. Rusiyanın həbsdə olan bir çox tanınmış cinayətkarları bu arzudadır. Cinayətkarların azadlığa necə yol açmağa çalışdıqları və bu cəhdlərin necə başa çatması barədə bu materialda sizə bəzi detalları təqdim edəcəyik.

“Osya” ləqəbli Sergey Butorin kimdir?

Sergey Butorin 90-cı illərin əvvəlində kriminal aləmdə daha çox məşhurlaşır. 1994-cü ildə onun da daxil olduğu qrupun keçmiş lideri Sergey Timofeyevin (Silvester) ölür. Onun ölümündən sonra “Osya” qrupa liderlik edir. Butorinin rəhbərliyi altında “Orexovski”lər paytaxtın ən qorxulu dəstələrindən birinə çevrildilər və qəddarlığı ilə məşhurlaşdılar.

“Osya”

O zamanın ən məşhur killeri hesab edilən Aleksander Solonik (Sasha Makedonsky), “Medvedkovskaya” kimi kriminal mütəşəkkil cinayətkar qrupunun qurucusu Qriqori Qusyatinski (Qrişa Severny) və bir çoxları “Osya”nın qrupunun qurbanları olurlar. Yerli medianın yazdığı kimi, o, ümumilikdə avtoritet aləmdə tanın 40 nəfərdən çox məşhur adamın ölümünə səbəb olub.

“Sasha Makedonsky”

1996-cı ildə Butorin hüquq mühafizə orqanların əlindən qaçmağa çalışırdı. Hətta özünü ölmüş kimi elan etdi. Və beləliklə, ölkədən qaçdı. Lakin 2001-ci ildə interpol onu Barselona ətrafında saxladı. İki il sonra Rusiyaya ekstradisiya edildi. 2011-ci ildə “Osya” Rusiyada ömürlük həbs cəzası aldı və “Qütb Bayquşu” koloniyasına köçürüldü.

İttihamlar çox ciddi idi. “Osya” isə çox ümidli idi ki, onsuz da azadlığa çıxacaq. Ona görə də günahını boynuna almırdı. 2022-ci ildə müharibə zamanı məhbuslar arasında döyüş bölgəsinə göndərilməsini xahiş edən ilklərdən biri də Butorin oldu.

O zaman onun xahişindən imtina edildi. Həm də o zaman belə bir təcrübə sadəcə mövcud deyildi. Lakin 2024-cü ilin mart ayında Rusiya Federasiyasının Cinayət Məcəlləsinə və Cinayət Prosessual Məcəlləsinə bir sıra dəyişikliklər edildi. Bu zaman “Osya” üçün yeni bir şans yarandı.

Rusiyalı vəkil Aleksandr Xaminski açıqca söylədi ki, ağır və xüsusilə ağır cinayətlər törətmiş, o cümlədən ömürlük həbs cəzasına məhkum edilmiş şəxslərin müharibəyə göndərilməsinə artıq qadağa yoxdur.

Vəkil Aleksandr Xaminski

Qanundakı dəyişikliklərdən istifadə edən Butorin bu ilin keçən sentyabr ayında yenidən döyüşə göndərilmək üçün müraciət etdi. Bu dəfə özü üçün müsbət nəticə olacağına ümid edir. 59 yaşlı məhbus idman, yoqa və meditasiya ilə intensiv məşğul olmağa başladı.

Bəzi mənbələrdən alınan məlumata görə, artıq bir çox ağır cinayətkarlar müharibədə iştirak edir. “Osya” da bunun üçün gün sayır.