40 il sonra görüşdülər, gündəm oldularbackend

40 il sonra görüşdülər, gündəm oldular

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

1983-cü ildə ekranlara çıxan “Asif, Vasif, Ağasif” filminin baş qəhrəmanlarının 40 ildən sonrakı görüşünü əks etdirən foto ötən gündən sosial şəbəkələrdə ən çox müzakirə olunanlar arasındadır.

Sosial media istifadəçilərinin böyük marağına səbəb olan foto həm də bir çox suallar doğurub. Belə ki, 1983-cü ildə çəkilmiş fotoda bütün uşaqların oğlan görünüşündə olması, 2023-cü ildə isə Ağasifin yerində xanımın yer alması onlara qəribə gəlib…

NOCOMMENT.az filmə olan böyük marağı nəzərə alıb ekran işi ilə bağlı bəzi detalları təqdim edir:

“Asif, Vasif, Ağasif” filmi 1983-cü ildə lentə alınıb. Film sadə azərbaycanlı ailəsində cərəyan edən hadisələrədən bəhs edir.  Ekran əsərinin əsas macəraları isə vaxtının çoxunu işdə olan atanın üç dəcəl oğluyla gəzintiyə çıxması zamanı baş verir. Uşaqlardan ortancılı Vasifin yoldan keçərkən təsadüfən bağça uşaqlarına qoşularaq getməsi hadisələrin kuliminasiya nöqtəsi olur.

Rollarda Məmməd Məmmədov, Şükufə Yusupova, Leyla Bədirbəyli, Nəzri Babayeva, Emil Pənahov (Asif), Ramin Aslanov (Vasif), Hökümə Cəlilova (Ağasif), Xalidə Quliyeva, Ramiz Əzizbəyli, Ruhəngiz Qasımova, Zemfira Sadıqova, Ramiq Həsənov (Nadir), Təranə Həşimova (Elmira), Pərvanə Həşimova (Esmira) və başqaları çəkilib.

Filmin ssenari müəllifi Nadejda İsmayılova, quruluşçu rejissoru Rasim İsmayılov, quruluşçu rəssamı Məmməd Hüseynov, bəstəkarı Ruhəngiz Qasımova, resjissoru Elmira Əliyeva, operatoru Ramiz Əliyev, montaj edəni Nisə Hacıyeva, direktoru Arif Səfərovdur.

Ən son məlumatlara görə, Emil Pənahov (Asif) filmə çəkildikdən sonra xoreoqrafiya məktəbinə daxil olub və bir daha heç bir filmdə çəkilməyib. Hazırda “Buta” rəqs ansamblının rəhbəridir. Xristian dinini qəbul edib və Bakıda yaşayır. Bir neçə klipə çəkilib.

Filmdə üç qardaşın ən kiçiyi hamının oğlan zənn etdiyi Ağasifin (Hökümə Cəlilova) “bp” şirkətində çalışdığı deyilir. Onun da aktyorluq fəaliyyəti elə “Asif, Vasif, Ağasif” filmindən sonra başa çatıb.

Filmin ssenari müəllifi Nadejda İsmayılova 2014-cü ildə verdiyi müsahibədə Vasif rolunun ifaçısı Ramin Aslanovun məscidlərin birində çalışdığını demişdi (qafqazinfo).