40 nəfərin məzarına çevrilən binanın işçisindən qan donduran etiraf: Heç bir yoxlama etməmişəmbackend

40 nəfərin məzarına çevrilən binanın işçisindən qan donduran etiraf: Heç bir yoxlama etməmişəm

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hatayda 40 nəfərin məzarına çevrilən “Kasaplar Mənzili”nin statik proyektinin sahibi və elm rəhbəri olan şübhəli Murat Göksel Dalkılıç heç bir yoxlama aparmadığını etiraf edib.

NOCOMMENT.az xəbər verir ki, həbsolunma qərarı çıxmazdan bir müddət əvvəl qaçdığı Tacikistandan gətirilən və İstanbulda həbs edilən şübhəli Dalkılıçın ittihamları qəbul etmədiyi öyrənilib.

Şübhəli Dalkılıç 1995-ci ildə Nihat Bölür və Kazım Bölür qardaşları tərəfindən tikilən binanın dövrün şərtlərinə uyğun tikildiyini müdafiə edib.

Layihəni təhvil verdikdən sonra mənzilin tikinti prosesində iştirak etmədiyini iddia edən Dalkılıç, “Müvafiq binanın texniki və statik layihə müəllifi kimi görünsəm də, binada heç bir nəzarət və yoxlama aparmadım, sadəcə layihəni hazırladım.” deyərək açıqlama verib.

Zəlzələdə can itkisinə görə təəssüfləndiyini bildirən Dalkılıç mənzilin dağılmasına görə məsuliyyət daşımadığını iddia edib.

NOCOMMENT.AZ