41 dərəcəyədək isti qeydə alındı – FAKTİKİ HAVAbackend

41 dərəcəyədək isti qeydə alındı – FAKTİKİ HAVA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avqustun 4-ü saat 9:00-a olan faktiki hava açıqlanıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, avqustun 4-ü saat 9:00-a olan məlumata əsasən ölkə ərazisində isti hava şəraiti davam edib.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 38, dağlıq rayonlarda 30, Aran rayonlarında 41, Naxçıvan MR-da isə 40 dərəcəyədək isti qeydə alınıb.