42 il əvvəl qəzaya düşən şəxsə təyin olunan ödəniş niyə artırılmır? – VİDEObackend

42 il əvvəl qəzaya düşən şəxsə təyin olunan ödəniş niyə artırılmır? – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qəzaya düşən maşinistə ömürlük ödəmə təyin olunub. Amma illərdir məbləğdə heç bir artım yoxdur.

NOCOMMENT.az xezerxeber.az-a istinadən xəbər verir ki, Ənvər Tağıyev iddia edir ki, 42 il əvvəl Rusiyadan Azərbaycana metropoliten üçün vaqon gətirərkən qəzaya düşüb. Məhkəmədə qəzanın Dəmir Yolları QSC-nin əməkdaşının səhvi ucbatından baş verdiyini nəzərə alaraq bu qurumun ona aylıq 976 manat ödəniş verməsi barədə qərar çıxarıb.

Ənvər Tağıyev deyir ki, bir neçə il əvvəl ödəniş dayandırılıb və 1 il 9 ay ərzində həç bir vəsait almayıb. Bu səbəbdən də 2022-ci ildə məhkəməyə müraciət edib və ödəniş təkrar bərpa edilib. Metropolitenin keçmiş əməkdaşı qurumdan bununla bağlı arayış da təqdim edib və sənəddə maşinistin hazırkı əməkhaqqısının 2302 manat olduğu qeyd edilib.

O, deyir ki, bunun da 80 faizi 1842 manat təşkil etdiyi üçün sağlamlığın 80 faizinin itirilməsinə görə ona bu məbləğdə ödəniş təyin edilə bilər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.