43 yaşlı qadın dəm qazından zəhərləndibackend

43 yaşlı qadın dəm qazından zəhərləndi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mingəçevir sakini dəm qazından boğularaq ölüb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan NOCOMMENT.az-a bildirilib ki, bu gün saat 18 radələrində Mingəçevir şəhər sakini,1980-ci il təvəllüdlü Günel İsayevanın meyiti yaşadığı evin vanna otağında aşkarlanıb.

Onun dəm qazından zəhərləndiyi ehtimal edilir.

Polis və prokurorluq əməkdaşları, ekspert tərəfindən hadisə yerinə, eləcə də meyitə baxış keçirilib, zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Faktla bağlı araşdırma aparılır.