44 il günahsız həbs olunan şəxsə rekord təzminatbackend

44 il günahsız həbs olunan şəxsə rekord təzminat

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-də məhkəmə 44 il cəza çəkən günahsız məhkuma rekord məbləğdə (25 milyon dollar) təzminat ödənilməsinə qərar verib.

NOCOMMENT.az yeniavaz.com-a istinadən xəbər verir ki, bu barədə “Fox News” telekanalı məlumat yayıb.

Məlumata görə, hazırda 68 yaşı olan afro-amerikalı Ronni Lonq 1976-cı ildə qarət və qətl ittihamı ilə iki ömürlük həbs cəzasına məhkum edilib.
2020-ci ildə onun işi ilə bağlı yenidən təhqiqatlar başlayıb. Məhkumun günahsız olduğunu müəyyən edən məhkəmə onun azadlığa buraxılmasına qərar verib.

Yenidən təhqiqatlar zamanı məlum olub ki, zərərçəkmiş şəxsin evindən tapılan 40 barmaq izinin heç biri Lonqa aid deyil. Ancaq bu məlumatlar onun vəkillərindən gizlədilib. Bundan əlavə, şəhərin polis rəisi və mahal şerifi açıqlanmayan səbəblərə görə bütün qaradərili vətəndaşları məhkəmənin potensial münsifləri siyahısından çıxarıb.

İndi Konkord şəhər administrasiyası Lonqa 22 milyon dollar təzminat ödəyəcək. Lonq “müttəhimin günahsızlığına dair sübutların gizlədilməsində” iştirak edən Dövlət Təhqiqat Bürosundan isə üç milyon dollar təzminat alacaq.

“Heç bir məbləğ Ronninin itirdiklərini kompensasiya etməyəcək. Lakin bu, onun üçün irəliyə doğru böyük bir addımdır”, – deyə Lonqun vəkili Ceymi Lou təzminat qərarından sonra bildirib.