44 yaşlı kişi keçmiş qayınatası tərəfindən ölümcül döyülüb.backend

44 yaşlı kişi keçmiş qayınatası tərəfindən ölümcül döyülüb.

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Samux rayonunda 44 yaşlı kişi ölümcül döyülüb.

NOCOMMENT.az– ın məlumatına görə, hadisə rayon ərazisində qeydə alınıb.

Rayon sakini, 1981-ci il təvəllüdlü Z. Səmədov ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Dərhal ona yardım edilib, hazırda 44 yaşlı kişinin vəziyyətinin ağır olduğu bildirilir.

İlkin məlumata görə Z. Səmədov hadisə vaxtı sərxoş olub. Onun keçmiş qayınatası tərəfindən küt alətlə ölümcül döyüldüyü bildirilir.

Baş vermiş hadisə ilə bağlı araşdırmaya başlanıb.