45 il əvvəl erməni terrorçuları tərəfindən şəhid edilən türklər anıldıbackend

45 il əvvəl erməni terrorçuları tərəfindən şəhid edilən türklər anıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

45 il əvvəl İspaniyanın paytaxtı Madriddə erməni terror təşkilatı JCAG-nin xain hücumunda şəhid olan Türkiyənin Madrid səfiri Zeki Kuneralpın həyat yoldaşı Necla Kuneralp və böyük qardaşı, təqaüddə olan səfir Beşir Balcıoğlu və səfirliyin sürücüsü Antonio Torres Olmedo mərasimlə anılıb.

NOCOMMENT.az xəbər verir ki, mərasimdə Türkiyənin Madriddəki səfirliyinin əməkdaşları, hərbi attaşelər, Azərbaycan və Pakistan səfirliklərinin diplomatları, iş adamları və vətəndaşlar iştirak ediblər.

Mərasimdə çıxış edən Türkiyənin Madrid səfirliyinin birinci müşaviri və müvəqqəti işlər vəkili Ayşe Zeybek türk diplomatiyasının xaricdə çalışan 34 diplomatı, dövlət məmurunu və onların ailələrini erməni terroruna qurban verdiyini bildirib.

“Ölkəsini xaricdə böyük sədaqət və ləyaqətlə təmsil edən diplomatlarımızın və onların ailə üzvlərinin hər birinin itkisi dərin hüzn kimi korporativ və milli yaddaşımızda yaşayır.” deyə Zeybek qeyd edib.

NOCOMMENT.AZ