46 qeyri-qanuni miqrant xilas edildibackend

46 qeyri-qanuni miqrant xilas edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çanaqqalanın Ayvacık rayonu sahillərində yunan ünsürləri tərəfindən Türkiyə ərazi sularına sıxışdırılan 46 qeyri-qanuni miqrant xilas edildi.

NOCOMMENT xəbər verir ki, Sahil Təhlükəsizlik Şimali Ege Qrup Komandanlığı qrupları Ayvacık açıqlarında rezin qayıqda nizamsız miqrantlar aşkar edib.
Bölgəyə istiqamətlənən “TCSG-28” qayıq komandası Yunan ünsürləri tərəfindən Türkiyə ərazi sularına sıxışdırılan Yəmən və Eritreyadan olan 46 qeyri-qanuni miqrantı xilas edib.
Gəmidən endirilən əcnəbilər əməliyyatlardan sonra Ayvacık Əcnəbiləri Çıxış Mərkəzinə aparılıb.