Aydının Kuşadası rayonu sahillərində Yunanıstan tərəfindən Türkiyə ərazi sularına sıxışdırılan 48 qeyri-qanuni mühacir sahilə çıxarılıb.
NOCOMMENT xəbər verir ki, Sahil Mühafizə Komandanlığının internet saytında yer alan açıqlamada, Kuşadası sahillərində rezin qayıqlarda bir qrup qeyri-qanuni immiqrantın olduğu xəbəri üzərinə sahil mühafizə gəmiləri bölgəyə göndərilib.
Komandalar Yunan ünsürləri tərəfindən Türkiyənin ərazi sularına sıxışdırılan 48 qeyri-qanuni immiqrantı xilas edib.