480 gün karantində qaldı, koronovirusdan sonra xərçəngə tutuldubackend

480 gün karantində qaldı, koronovirusdan sonra xərçəngə tutuldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Koronavirus prosesi zamanı 89 dəfə testi müsbət çıxan leykoz xəstəsi, 56 yaşlı Müzəffər Kayasan 16 ay karantində qaldı.

NOCOMMENT xəbər verir ki, 2019-cu ilin sonunda leykoz xərçəngi olduğunu öyrənən və dərhal müalicəyə başlayan Kayasanın ilik transplantasiyasından 6 ay sonra müalicəsi bitmək üzrəykən Kovid-19 diaqnozu qoyuldu.

İlk testini 19 dekabr 2020-ci ildə edən və müsbət çıxdıqdan sonra xəstəxanada karantinə alınan Kayasan, 16 ay ərzində 89 testin hamısında müsbət çıxdı.

Bu müddət ərzində yaşadıqlarını və indiki səhhətinin vəziyyətini izah edən Kayasan çox çətin bir proses keçdiyini bildirib.

Xəstəxanaya yerləşdirildiyini bildirən Kayasan, “Yeni doğulmuş bir nəvəm var idi, onunla vaxt keçirə bilmədim. Xəstəxanadan çıxanda nəvəm böyüdü və 2 yaşı tamam oldu”.