481 qeyri-qanuni miqrant tutuldu, 11 nəfər saxlanıldıbackend

481 qeyri-qanuni miqrant tutuldu, 11 nəfər saxlanıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin Ədirnə vilayətində qeyri-qanuni miqrantlarla bağlı yoxlamalar fasiləsiz davam edir.

NOCOMMENT.az xəbər verir ki, son bir həftə ərzində şəhərdə aparılan yoxlamalar zamanı 481 qeyri-qanuni mühacir yaxalanıb, 11 şübhəli isə “insan alveri” ittihamı ilə saxlanılıb.

Tutulan qeyri-qanuni immiqrantlar əməliyyatlarının ardından İl İmmiqrasiya İdarəsi Müdirliyinə göndərilib.

Keçirilən əməliyyatlar zamanı “insan alveri” cinayəti törətməkdə şübhəli bilinən 11 nəfərin istifadəsində olduğu müəyyən edilən 9 nəqliyyat vasitəsi götürülüb.

NOCOMMENT.AZ