49 yaşlı usta tikintidən yıxılıb öldübackend

49 yaşlı usta tikintidən yıxılıb öldü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Oktyabrın 25-i saat 13 radələrində 1972-ci il təvəllüdlü İqram Dervişov işlədiyi yerdə almış olduğu xəsarət nəticəsində xəstəxanada ölüb.

Prokurorluqdan NOCOMMENT.az -a verilən məlumata görə, İqram Dervişov Suraxanı rayonu ərazisində yerləşən “Xəyal Adaları” yaşayış kompleksindəki fitness-spa mərkəzi üçün nəzərdə tutulmuş tikilidə suvaq-təmir işlərini görən zaman üzərində dayandığı 2 metr hündürlüyündəki ayaqaltıdan yerə yıxılıb.

Nəticədə baş nahiyəsindən almış olduğu xəsarətdən xəstəxanada ölüb. Faktla bağlı Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə istintaq hərəkətləri davam etdirilir.