5 mərtəbəli yataqxana binasını birə basıb.
NOCOMMENT.az xezerxeber.az-a istinadən xəbər verir ki, söhbət Əşrəf Əliyev 37 ünvanında yerləşən yataqxanadan gedir. Bina sakinləri bildirirlər ki, bir həftədir binanın zirzəmisindən 5-ci mərtəbəsinə qədər divarları, hətta evlərin içini də birə basıb.
Sakinlər bildirirlər ki, bir neçə gündür binadakı birələri öz hesablarına aldığı dezinfeksiyaedici maddələrlə təmizləməyə çalışıblar, lakin vəziyyət dəyişməyib.
Problemin həlli ilə bağlı Respublika Gigiyena və Epidemiologiya Mərkəzinə sorğu ünvanladıq.
Lakin qeyri-iş günü olduğundan heç bir cavab əldə edə bilmədik.
Xezerxeber.az mövzu ilə bağlı videomaterialı təqdim edir.