Rusiya hava hücumundan müdafiə qüvvələri bu gün beş saat ərzində Ukraynanın 26 pilotsuz təyyarəsini vurub.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
“Moskva vaxtı ilə saat 11:00 ilə 16:00 arasında növbətçi hava hücumundan müdafiə vasitələri Belqorod, Bryansk və Kursk vilayətləri üzərində 26 Ukrayna pilotsuz təyyarəsini məhv edib”, – məlumatda bildirilib.













