5 ton kokain müsadirə edildibackend

5 ton kokain müsadirə edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Narkotik alverçilərinə qarşı keçirilən əməliyyatlar zamanı 5 tondan çox kokain müsadirə edilib.

NOCOMMENT.az xəbər verir ki, hadisə Kolumbiyada baş verib.

Məlumata görə, ölkənin Narino, Putumayo və Şimali Santander bölgələrində həyata keçirilən əməliyyatlarda 5 tondan çox kokain müsadirə edilib, iki laboratoriya və qeyri-qanuni istifadə edilən anbarlar məhv edilib.

Bildirilib ki, əməliyyatlar hava və quru qoşunları ilə birgə həyata keçirilib.

Kolumbiya prezidenti Qustavo Petro sosial media hesabından əməliyyat keçirən narkotik qruplarını təbrik edib.