Göygöldə azyaşlının ağır xəsarət alması ilə nəticələnən bədbəxt hadisə baş verib.
NOCOMMENT.az Demokrat.az-a istinadən xəbər verir ki, rayon ərazisində 2019-cu il təvəllüdlü qızın üzərinə dəmir qapı düşüb.
Xəstəxanaya yerləşdirilən uşağın vəziyyəti ağırdır.
Faktla bağlı araşdırma aparılır.