50 milyonluq qızıl qalmaqalı: Azərbaycanlı iş adamı axtarılırbackend

50 milyonluq qızıl qalmaqalı: Azərbaycanlı iş adamı axtarılır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İstanbul Təhlükəsizlik İdarəsinin Qaçaqmalçılıqla Mübarizə Şöbəsinin əməkdaşları qanunsuz yolla Türkiyəyə gətirilməsi nəzərdə tutulan 16 kiloqram qızılı ələ keçirib.

NOCOMMENT.az Türkiyə mediasına istinadla xəbər verir ki, iki Özəl Mühafizə əməkdaşı özünü vəkil kimi təqdim edən qaçaqmalçı ilə əlbir olublar. Onlar 1 kiloqram qızılın Türkiyəyə qaçaqmalçılıq yolu ilə keçirilməsinə köməklik göstərdikləri üçün min dollar alıblar.

İki nəfər qaçaqmalçılıq yolu ilə gətirdikləri qızılları paltarlarının arasında gizlədiblər və bədənlərinə bükərək İstanbul Hava Limanı qarşısında gözləyən özlərini ailə üzvləri kimi göstərən kuryerlərə veriblər. Məlum olub ki, təxmini dəyəri 3 milyon lirə (təxminən 147 min 600 manat) olan qızıl sonradan azərbaycanlı iş adamına satılıb.

Qaçaqmalçıların yenidən Türkiyəyə qaçaqmalçılıq yolu ilə qızıl gətirəcəkləri müəyyənləşib. Qaçaqmalçılıqda Mübarizə Şöbəsinin polisləri əməliyyat üçün hərəkətə keçiblər. İstanbul Hava Limanı Polisi ilə birgə keçirilən əməliyyat nəticəsində xaricdən gələn bir şəbəkə üzvündən bazar dəyəri 50 milyon lirə (təxminən 2 milyon 460 min manat) olan 16 kiloqram qızıl alan iki Özəl Təhlükəsizlik əməkdaşı yaxalanıb.

Özlərini “ailə” kimi təqdim edərək kuryer kimi fəaliyyət göstərən 4 şəbəkə üzvü və özünü “vəkil” kimi təqdim edən şəxs də saxlanılıb. İstintaq çərçivəsində axtarışda olan azərbaycanlı iş adamının xaricdə olduğu müəyyən edilib. Qızıl ələ keçirilib. Əməliyyat zamanı saxlanılan 7 şəbəkə üzvü ədliyyəyə sövq edilərək həbs edilib. Məlum olub ki, həbs edilən Özəl Mühafizə Məmuru həbs olunandan 3 gün sonra atası vasitəsilə İstanbulun Esenyurt şəhərində dörd milyon lirəyə mənzil alıb.

Cinayət yolu ilə əldə edilən gəlirlə alındığı müəyyən edilən evə həbs qoyulub.

Buna da baxın

Azərbaycan ABŞ-nin təklifini rədd etməklə Trampa hansı mesajı ötürdü? – ŞƏRHbackend
Siyasət
Azərbaycan ABŞ-nin təklifini rədd etməklə Trampa hansı mesajı ötürdü? – ŞƏRH