5000 illik tarixi abidədə bir daş belə düşmədibackend

5000 illik tarixi abidədə bir daş belə düşmədi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

3 böyük zəlzələ görən 5000 illik tarixi abidədə bir daş belə düşməyib

NOCOMMENT xəbər verir ki, son 3 ildə 3 dəfə 6-dan çox zəlzələ yaşayan Elazığın 5000 illik Harput Məhəlləsində bir daş belə düşməyib.

YUNESKO-nun müvəqqəti irs siyahısında olan Elazığın 5000 illik tarixi Harput Məhəlləsi tikildiyi gündən bu yana çoxlu zəlzələlər yaşayıb. 2020-ci ildə Elazığda 6,8, Kahramanmaraşda 7,7 və 7,6 bal gücündə zəlzələləri yaxından hiss edən tarixi məhəllədə bir dənə də olsun dağıntıya rast gəlinməyib.

Piza qülləsindən daha əyri olduğu sübut edilən əyri minarə, Harput qalası və digər tarixi mehmanxana, hamam və malikanələrdə baş verən zəlzələlər zamanı bir daş belə düşməyib. 1200 hündürlükdə olan məhəllədə tarixi əsərlərlə yanaşı, normal tikililərə də ziyan dəyməmişdir.