506 kiloqram narkotik maddə ələ keçirildibackend

506 kiloqram narkotik maddə ələ keçirildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İstanbulda keçirilən əməliyyatda 506 kiloqram metamfetamin adlı narkotik maddə ələ keçirilib.

NOCOMMENT.az xəbər verir ki, İstanbul Polis İdarəsi Narkotik Cinayətlərlə Mübarizə Şöbəsi əməkdaşlarının apardığı işdən sonra Beykoz və Çatalcada eyni vaxtda əməliyyat keçirilib.

Əməliyyat nəticəsində 104,5 kiloqram kristal və 401,5 kiloqram maye formada ümumilikdə 506 kiloqram metamfetamin aşkar edilərək götürülüb.

NOCOMMENT.AZ