51 milyon avroluq narkotik ələ keçirildibackend

51 milyon avroluq narkotik ələ keçirildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Polşa polisi müxtəlif şəhərlərdə eyni vaxtda təşkil etdiyi əməliyyatda bazar dəyəri 51 milyon avro olan 5,8 ton narkotik maddə ələ keçirib.

NOCOMMENT.az xəbər verir ki, əməliyyat çərçivəsində 13 nəfər saxlanılıb.

Bununla da Polşada narkotik alverçilərinə ağır zərbə vurulub.

Polis narkotik vasitələrin istehsalında istifadə olunan dərman vasitələri və maşınları ələ keçirərkən, müəyyən ünvanlardakı anbarlarda aparılan axtarışlar zamanı sirr, klefendron, mephedrone, amfetamin, kokain və buraxılmağa hazır MDMA həbləri kimi narkotik vasitələr ələ keçirilib.

NOCOMMENT.AZ