Masazır qəsəbəsindən şəhər istiqamətində hərəkət edən 525 nömrəli marşrut avtobusunun fəaliyyəti sakinlərin narazılığına səbəb olub.
NOCOMMENT.az xəbər verir ki, sakinlərin sözlərinə görə, avtobuslar tez-tez gecikir, nəticədə sərnişinlər dayanacaqlarda uzun müddət gözləməli olurlar. Onların iddiasına görə, bu, xüsusilə səhər və axşam pik saatlarında ciddi problem yaradır.
Sakinləri narahat edən digər məsələ isə bəzi sürücülərin sərnişinlərlə kobud rəftarıdır. Onlar bildirirlər ki, sürücülər bəzən dayanacaqlarda saxlamır, sərnişinləri tələsik mindirir və ya kobud cavablar verirlər.













