54 min manatlıq dövlət tenderi 10 manat kapitalı olan MMC-yə verildibackend

54 min manatlıq dövlət tenderi 10 manat kapitalı olan MMC-yə verildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi sanitar-gigiyena və dezinfeksiya xidmətlərinin satın alınması üzrə tenderin qalibini müəyyən edib.

NOCOMMENT.az 32gun.az-a istinadən xəbər verir ki, qalib “Sanitariya Epidemioloji Xidmətlər” Məhdud Məsuliyyətli Cəmiyyətidir. Tərəflər arasında 54.209,82 AZN məbləğində müqavilə bağlanması gözlənilir.

Şirkətin nizamnamə kapitalı 10 manat, qanuni təmsilçisi isə Fuad Həsənzadə Maqsud oğludur.

Xatırladaq ki, Ramin Rzayev 2025-ci ilin aprel ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədri vəzifəsinə təyin olunub.