58 min AZN-lik satınalma ilə texniki boşluqlar aradan qaldırılırbackend

58 min AZN-lik satınalma ilə texniki boşluqlar aradan qaldırılır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Milli Antidopinq Agentliyi və “NIMPEX” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında İnformasiya Kommunikasiya Texnologiyaları (İKT) üzrə müxtəlif avadanlıqların və lisenziyaların satınalınması üçün müqavilə imzalanıb.

NOCOMMENT.az 32gun.az-a istinadən xəbər verir ki, müqavilənin dəyəri 58,284.92 AZN-dir.

Müqaviləyə əsasən, agentliyə plastik materiallar (ölçü: 25 mm x 25 mm), xarici yaddaş qurğuları (Flashkart və SSD), Type-C konverter, RJ45 başlıqları, printer, planşet, noutbuklar (3 ədəd), simsiz (Wireless və Bluetooth) siçanlar, simsiz klaviatura, təqdimat pultu və Xerox AltaLink® C8145 üçün müxtəlif katreclər (B93, B125, C168) təmin ediləcək.

Qalib şirkət “NIMPEX” MMC-nin nizamnamə kapitalı 10 manatdır və qanuni təmsilçisi Natıq Əliyev Cabir oğludur.

Qeyd edək ki, agentliyin icraçı direktoru Təhminə Tağı-zadədir.