6 ayı ərzində ümumilikdə 7500-dən çox  təhsil sənədi təhvil verilibbackend

6 ayı ərzində ümumilikdə 7500-dən çox  təhsil sənədi təhvil verilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“2024-cü ilin ilk 6 ayı ərzində ali təhsil müəssisələri və kolleclərin müraciətləri əsasında ümumilikdə 7500-dən çox müxtəlif adda təhsil sənədi təhvil verilib”.

NOCOMMENT.az Qafqazinfo-ya istinadla xəbər verir ki, bunu jurnalistlərə müsahibəsində Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin Elmi müəssisələrlə iş şöbəsinin aparıcı məsləhətçisi Aqşin Abasov deyib.

O bildirib ki, hazırda cari ilin məzunları ilə bağlı bu işlər davam etdirilir.

A.Abasov əlavə edib ki, yerli və xarici qurum və təşkilatların təhsil sənədləri ilə bağlı müraciətlər cavablandırılıb, təhsil sənədlərinin həqiqiliyinin müəyyən olunmasına dair məsələlər həllini tapıb.