6 faydalı qazıntı yatağı hərraca çıxarılırbackend

6 faydalı qazıntı yatağı hərraca çıxarılır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin (ƏMDX) Hərracların Təşkili Mərkəzi Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi ilə birlikdə mayın 4-də yerin təkinin istifadəyə verilməsi üzrə növbəti açıq hərrac keçirəcək.

Bu barədə NOCOMMENT.az-a ƏMDX-dan bildirilib.

Məlumata görə, Bakının Qaradağ rayonunda yerləşən “Kotal” (7 ha), “Güzdək” (2,87 ha), “Karvansaray” (4,5 ha), “Sahil” (3,1 ha), Qəbələ rayonunda yerləşən “Dəmiraparançay” (2 ha) və “Xırxatala” (6 ha) faydalı qazıntı yataqları hərraca çıxarılacaq.

İddiaçılar sənədləri 27 aprel 2022-ci il saat 16:00-a qədər Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət küçəsi, 31 ünvanına təqdim edə bilərlər.

Hərracda xarici ölkələrin hüquqi və fiziki şəxsləri də iştirak edə bilər. Proses ƏMDX-nın Əmlak Xidmətləri Məkanında baş tutacaq.