6 milyonluq kibercinayət: Vətəndaşlar və qurumlar təhlükədə!backend

6 milyonluq kibercinayət: Vətəndaşlar və qurumlar təhlükədə!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Kibercinayətlərin bu dərəcədə artması göstərir ki, həm vətəndaşların, həm də qurumların təhlükəsizlik vərdişlərinin gücləndirilməsinə ciddi ehtiyac var. İlk növbədə vətəndaşlarımız bilməlidir ki, şəxsi məlumatlarını – PIN kod, SMS təsdiqləmə kodu, bank kartı məlumatı, hətta sosial şəbəkə hesablarının şifrələrini heç vaxt telefon, e-poçt və ya messencerlər vasitəsilə paylaşmaq olmaz”.

NOCOMMENT.az xəbər verir ki, bu sözləri “Yeni Sabah”a açıqlamasında Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyasının İdarə Heyətinin sədri Elvin Abbasov deyib. O bildirib ki, dələduzlar əsasən fişinq (saxta sayt və ya mesaj) və sosial mühəndislik üsullarından istifadə edərək insanları aldatmağa çalışırlar:

“Kibercinayətlərin bu dərəcədə artması göstərir ki, həm vətəndaşların, həm də qurumların təhlükəsizlik vərdişlərinin gücləndirilməsinə ciddi ehtiyac var. İlk növbədə vətəndaşlarımız bilməlidir ki, şəxsi məlumatlarını – PIN kod, SMS təsdiqləmə kodu, bank kartı məlumatı, hətta sosial şəbəkə hesablarının şifrələrini heç vaxt telefon, e-poçt və ya messencerlər vasitəsilə paylaşmaq olmaz. Çünki dələduzlar əsasən fişinq (saxta sayt və ya mesaj) və sosial mühəndislik üsullarından istifadə edərək insanları aldatmağa çalışırlar. Digər mühüm addım isə texniki təhlükəsizlik tədbirlərinin görülməsidir. İki mərhələli identifikasiya (2FA) funksiyasının aktiv edilməsi, rəsmi tətbiqlərin yalnız App Store və Google Play-dən yüklənməsi, cihazlarda antivirus və təhlükəsizlik yeniləmələrinin mütəmadi aparılması vacibdir”.

Elvin Abbasov qeyd edib ki, vətəndaşlar hər hansı şübhəli link və ya fayl aldıqda, üzərinə klikləmədən əvvəl onun mənbəyini dəqiqləşdirməlidirlər:

“Vətəndaşlar hər hansı şübhəli link və ya fayl aldıqda, üzərinə klikləmədən əvvəl onun mənbəyini dəqiqləşdirməlidirlər. Maarifləndirmə işləri isə təkcə dövlət qurumlarının deyil, həm də bankların, mobil operatorların, təhsil müəssisələrinin və KİV-lərin iştirakı ilə kütləvi şəkildə təşkil edilməlidir. Çünki kiberhücumların qarşısını yalnız texnologiya ilə deyil, həm də insanların məlumatlılığı ilə almaq mümkündür. Əhalinin hər yaş qrupu üçün xüsusi təlimlər, sosial şəbəkələrdə vizual maarifləndirmə kampaniyaları və məktəblərdə rəqəmsal təhlükəsizlik dərslərinin təşkili bu istiqamətdə ən təsirli addımlardan biri ola bilər”.

Qeyd edək ki, 2025-ci ilin birinci yarımilində dövlət xidmətlərindən istifadə edən 6 164 vətəndaşın və 47 dövlət qurumunun 95 əməkdaşının hakerlərin qurbanına çevrildiyi müəyyən edilib. Onlardan ümumilikdə 6 milyon manat pul oğurlanıb.